Dövlət Agentliyi bu şirkətlərə 5 milyon manatdan çox pul ödəyəcək - Siyahı

14:20 - 3.02.2022


3 fevral, Fineko/abc.az. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs “Tibb müəssisələri üçün dərman vasitələri”nin satın alınması ilə bağlı keçirdiyi tenderi yekunlaşdırıb.

ABC.AZ-ın məlumatına görə, qalib şirkətlər "Sedef Pharma" MMC, "Referans Pharmaceuticals" MMC, "Azəri Med" QSC, "Avromed Company" QSC və "Zeytun Pharmaceuticals" MMC-lər elan edilib.

Buna görə, Agentlik "Sedef Pharma"ya 396 min 8 manat, "Referans Pharmaceuticals"a 703 min 44 manat, "Azəri Med"ə 1 milyon 848 min 155 manat, "Avromed Company"ə 1 milyon 212 min 997 manat və "Zeytun Pharmaceuticals"a 1 milyon 518 min 167 manat ödəyəcək.

Ümumilikdə müqavilələrin cəm məbləği 5 milyon 678 min 370 manatdır.