15:59 - 2.02.2022
2 fevral, Fineko/abc.az. Bir sutka ərzində Azərbaycanda 6620 yoluxma halı qeydə alınıb, 3 385 nəfər müalicə olunmuş, 24 nəfər dünyasını dəyişmişdir.
Nazirlər Kabineti yanında Operativ Qərargahının məlumatında deyilir ki, bu günə qədər Azərbaycanda 670313 yoluxma halı aşkarlanıb, onlardan 630727 nəfəri sağalıb, 8779 nəfəri dünyasını dəyişib.
Bir gün ərzində COVİD-19 infeksiyasının yeni hallarının aşkar edilməsi üçün 18797 test, ötən müddət ərzində 6 191 130 test aparılmışdır.