17:25 - 26.01.2022
26 yanvar, Fineko/abc.az. “2022-ci ildə reseptlə yazılan dərmanların icbari tibbi sığorta hesabına qarşılanması nəzərdə tutulmayıb”.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova "Özəl tibb müəssisələrinə göndərişlərin verilməsi qaydaları" mövzusunda çıxışında deyib.
O bildirib ki, təcili və təxirəsalınmaz yardım zamanı bütün dərman preparatları sığorta hesabına qarşılanır: “Stasionar yatışda da bütün dərmanlar icbari tibbi sığorta çərçivəsində qarşılanmır.
Ambulator şəraitdə kiçik müdaxilələr olarsa, bu zaman da tibbi sərflər sığorta tərəfindən qarşılanır”.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026