11:14 - 19.01.2022
19 yanvar, Fineko/abc.az. Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) nominal həcmi 93 milyard manata çatıb və bu, 2019-cu illə müqayisədə 11 milyard manatadək çoxdur.
ABC.AZ xəbər verir ki, bunu Tvitter səhifəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov yazıb.
Nazir qeyd edib ki, 2020-ci ildə pandemiya səbəbindən ÜDM-in həcmi azalsa da, ötən il bu göstərici 2019-cu ilə nisbətən bərpa olunmaqla yanaşı, həm də artıb.
Mikayıl Cabbarov dünən Tvitter səhifəsində yazmışdı ki, pandemiyanın davam etdiyi şəraitdə postmüharibə dövrü olan 2021-ci ildə qeyri-neft sektoru üzrə ÜDM-in artım tempinin 7%-dən çox olması mühüm nailiyyətdir.
Sonuncu dəfə bu göstərici 2014-cü ildə 7%-ə çatıb.