16:52 - 12.01.2022
12 yanvar, Fineko/abc.az. Sutka ərzində Azərbaycanda koronavirusa yoluxma üzrə daha 645 hal qeydə alınıb, 577 nəfər müalicə olunub, 9 nəfər dünyasını dəyişib.
Nazirlər Kabineti yanında Operativ Qərargahının məlumatında deyilir ki, bu günə qədər Azərbaycanda 622881 yoluxma faktı aşkarlanıb, 606888 nəfər müalicə alıb, 8480 dünyasını dəyişib.
Bir gün ərzində COVİD-19 infeksiyasının yeni hallarının aşkar edilməsi üçün 10746 test, ötən müddət ərzində 5968349 test keçirilib.