16:56 - 5.01.2022
5 yanvar, Fineko/abc.az. “Növbəti 5 ildə işğaldan azad edilmiş ərazilərin bərpası və ölkəyə reinteqrasiyasında tarixi bir dövr olacaq”.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, bu nöqteyi-nəzərdən demək olar ki, yaxın gələcəkdə Azərbaycan regional müstəvidə öz lider mövqeyini qoruyub saxlayacaq.
Nazir vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazın aparıcı iqtisadiyyatı olan ölkəsidir: “Sürətli inkişafa, logistik imkanlara, biznes üçün əlverişli platformaya nail olmaq yolunda dayanmadan irəliləyir. Ölkəmizin artan sosial-iqtisadi gücü regionun ümumi inkişafı üçün də əlverişli zəmin yaradır. İnnovativ islahatlar, iqtisadi idarəetmə modelinin dövrün tələblərinə uyğun yenilənməsi sayəsində artmaqda olan sosial-iqtisadi qüdrət Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarına da müsbət təsir göstərən qlobal layihələrin təşəbbüskarı və təşkilatçısı olmağa imkan yaradır”.
21 Avqust 2026
19 Avqust 2026