16:26 - 5.01.2022
5 yanvar, Fineko/abc.az. Növbəti ilin makroiqtisadi proqnozları və dövlət büdcəsinin parametrləri, faktiki olaraq, yeni strateji dövrün ilk ilinə uyğun qaydada tərtib edilib.
ABC.AZ-ın Report-a istinadən məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. Nazir qeyd edib ki, 2022-ci ildə ÜDM-in 3,9 %, qeyri-neft məhsulları üzrə 4 % artımı proqnozlaşdırılır.
"Həmçinin ayrı-ayrı sektorlarda iqtisadi artım gözləntilərimiz vardır. Kənd təsərrüfatında 4 %, qeyri-neft sənayesində 8,7 %, turizm sektorunda 48,2 %, nəqliyyatda 4,5 %, informasiya və rabitədə 9,5 % kimi bir artım göstəricilərindən söhbət gedir".
18 Avqust 2026