15:22 - 29.12.2021
29 dekabr, Fineko/abc.az. ASELSAN-Bakı vasitəsilə Azərbaycanda yeni layihələr hazırlayır.
ABC.AZ xəbər verir ki, bunu "Xalq" qəzetinə müsahibəsində Türkiyənin ASELSAN şirkətinin İdarə Heyətinin rəhbəri və baş direktoru Haluk Görgün deyib.
O bildirib ki, müqavilələr üzrə təhvil verilən sistemlərin texniki quraşdırılması, satışdan sonrakı nasazlıqların aşkar edilməsi və texniki xidmət-təmir işlərini həyata keçiririk.
"Biz iki qardaş ölkə olaraq çətin bir coğrafiyadayıq. Biz regional təhlükəsizliyimizi təmin etmək üçün dövlətlərimizin və Silahlı Qüvvələrimizin müstəsna səylərinin yaxından şahidi oluruq" deyə H.Görgün bildirib.
Müəllif: Elmir Murad
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026