17:28 - 28.12.2021
28 dekabr, Fineko/abc.az. Tədqiqatlar göstərir ki, ikinci dozadan 4 ay sonra vaksinin qoruyuculuğu azalmağa başlayır.
Buna görə də üçüncü, buster doza vurulmalıdır.
ABC.AZ xəbər verir ki, bunu brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.
O bildirib ki, fevralın 15-dən sonra COVID-19 pasportlarının müddəti 6 ay müəyyən olunur: “İkinci dozadan 6 ay sonra pasport vaxtı keçmiş hesab olunur. Yəni ikinci dozadan 6 ay sonra vaxtı bitmiş pasportla müəyyən edilən yerlərə daxil olmaq mümkün olmayacaq. Bunun üçün də buster dozadan istifadə etmək tövsiyə olunur. Fevralın 15-dək bütün vaksin pasportları qüvvədədir”.