Gürcüstanda peyvənd olunanlara 200 lari pul veriləcək

15:26 - 28.12.2021


28 dekabr, Fineko/abc.az. Gürcüstanda peyvənd olunduğu halda, 50 yaşdan yuxarı vətəndaşlara 200 lari məbləğində birdəfəlik yardım veriləcək.

ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstanın Qurumlararası Koordinasiya Şurasından bildirilib.

Qurumlararası Koordinasiya Şurasının Əməliyyat Qərargahının rəhbəri Giorgi Ğibradzenin sözlərinə görə, yaş həddi aşağı salınacaq və peyvənd olunduğu halda, 60 yaş əvəzinə 50 yaşdan yuxarı bütün vətəndaşlar 200 lari alacaqlar.

Müəllif: Elmir Murad