Ən çox vaksin istehsal edən ölkələr - Siyahı

11:32 - 28.12.2021


28 dekabr, Fineko/abc.az. Yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinlərin istehsalı və ixracına görə dünya ölkələrinin ilk onluğu açıqlanıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, siyahıya Çin liderlik edir.

Belə ki, bu ölkə 4,5 mlrd. doza vaksin istehsal edib. Bu, dünya istehsalının 45%-ni təşkil edir. İkinci yerdə 2,25 mlrd. doza ilə Avropa İttifaqı (Aİ) qərarlaşıb.

Aİ-də istehsal edilən vaksinlərin ümumi istehsalatda payı 22,4% təşkil edib.

Hindistan 1,6 mlrd. doza ilə üçüncü (15,6%), ABŞ 847,5 mln. doza ilə dördüncü (8,4%), Rusiya isə 232,9 mln. doza ilə (2,3%) beşinci olub.

İlk onluqda həmçinin, Cənubi Koreya (1,6%), Braziliya (1,2%), Meksika (1%), Tailand (0,7%) və CAR (0,6%) yer alıb. Digər ölkələrin payına ümumi vaksin istehsalının 1,3%-i düşüb (126. mln. doza).