Azərbaycanda 854 yeni yoluxma halı aşkarlanıb

16:56 - 23.12.2021


23 dekabr, Fineko/abc.az. Bir sutka ərzində Azərbaycanda koronavirus (COVİD-19) ilə bağlı 854 yeni yoluxma halı aşkarlanıb, 1569 nəfər müalicə olunub, 19 nəfər koronavirus diaqnozu ilə vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahının məlumatında deyildiyi kimi, bu günə qədər Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı 613059 fakt aşkar edilmiş, 591 724 nəfər müalicə olunmuş, 8 257 nəfər vəfat etmişdir.

Bir gün ərzində 11 462 test, ötən müddət ərzində - 5 788 891 test keçirilib.