“TurkoVac”ın kütləvi istehsalına başlanır - İcazə verildi

14:33 - 23.12.2021


23 dekabr, Fineko/abc.az. Türkiyədə COVID-19-a qarşı hazırlanmış inaktiv “TurkoVac” peyvəndin kütləvi istehsalına başlanılıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Qurumları Təşkilatı (TÜSEB) məlumat yayıb.

Bildirilib ki, bu, TÜSEB-in dəstəyilə hazırlanan “TurkoVac”-ın ilk kütləvi istehsalı olacaq.