17:08 - 20.12.2021
20 dekabr, Fineko/abc.az. Azərbaycanda koronavirus infeksiyasının “Omikron” ştamına yoluxma faktı aşkarlanmayıb.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.
Qeyd olunub ki, bütün mutasiyalar və əlaqəli ştamlar üzrə yoxlamalar davam edir:
“Azərbaycana xaricdən daxil olan, həmçinin ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir. Müvafiq yoxlamalarda hələ yeni ştam aşkarlanmayıb. Yeni ştam aşkar olunacağı təqdirdə bununla bağlı ictimaiyyətə məlumat veriləcək”.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026