17:01 - 20.12.2021
20 dekabr, Fineko/abc.az. Bir gün ərzində Azərbaycanda koronavirusla bağlı (COVİD-19) 577 yeni yoluxma halı aşkarlanıb, 672 nəfər müalicə olunub, 9 nəfər dünyasını dəyişib.
Nazirlər Kabineti yanında Operativ Qərargahının məlumatında deyilir ki, bu günə qədər Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı 610895 fakt aşkarlanıb. 587338 nəfər müalicə olunub, 8208 vəfat edib.
Koronavirus infeksiyasının yeni hallarının aşkar edilməsi üçün sutka ərzində 6777 test, ötən müddət ərzində 5 757 381 test aparılmışdır.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026