Azərbaycanda COVİD-19 ilə bağlı 755 yeni yoluxma halı aşkarlanıb

16:50 - 17.12.2021


17 dekabr, Fineko/abc.az. Sutka ərzində Azərbaycanda koronavirusa 755 yoluxma halı qeydə alınıb (COVİD-19), 1 671 nəfər müalicə olunmuş, 18 nəfər vəfat etmişdir.

Nazirlər Kabineti yanında Operativ Qərargahının məlumatında deyildiyi kimi, bu günə qədər Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı 608815 fakt aşkar edilmiş, 583914 nəfər müalicə olunmuş, 8167 nəfər vəfat etmişdir.

Bir gün ərzində 10804 test, ötən müddət ərzində 5 729 433 test keçirilmişdir.