17:07 - 16.12.2021
16 dekabr, Fineko/abc.az. Bir sutka ərzində Azərbaycanda koronavirusa 984 yeni yoluxma halı aşkarlanıb, 1 748 nəfər müalicə olunub, 12 nəfər vəfat etmişdir.
Nazirlər Kabineti yanında Operativ Qərargahının məlumatında deyildiyi kimi, bu günə qədər Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı 608060 fakt aşkar edilmiş, 582243 nəfər müalicə olunmuş, 8149 nəfər vəfat etmişdir.
Bir gün ərzində COVİD-19 infeksiyasının yeni hallarının aşkar edilməsi üçün 12440 test, ötən müddət ərzində 5 718 629 test keçirilib.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026