Azərbaycanda 1156 yeni yoluxma halı aşkarlanıb

17:00 - 15.12.2021


15 dekabr, Fineko/abc.az. Bir gün ərzində Azərbaycanda koronavirusla (COVİD-19) bağlı 1156 yeni yoluxma halı aşkarlanıb, 1739 nəfər müalicə olunub, 14 nəfər koronavirus diaqnozu ilə vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahının məlumatında deyilir ki, bu günə qədər Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı 607076 fakt aşkarlanıb, 580495 nəfər müalicə olunub, 8137 nəfər dünyasını dəyişib.

Bir gün ərzində 11848 test , ötən müddət ərzində 5 706 189 test keçirilmişdir.