16:57 - 14.12.2021
14 dekabr, Fineko/abc.az. Sutka ərzində Azərbaycanda koronavirus (COVİD-19) infeksiyası ilə bağlı 922 yeni hal aşkarlanıb, 1 621 nəfər müalicə olunub, 19 nəfər dünyasını dəyişib.
Nazirlər Kabineti yanında operativ qərargahının məlumatında deyilir ki, COVİD-19 infeksiyalarının təsdiqlənmiş hallarının ümumi sayı 605920 - ə çatıb, 578756 nəfər müalicə olunub, 8123 nəfər dünyasını dəyişib.
Gün ərzində koronavirus üçün 11085 test keçirilib. Pandemiyanın başlanğıcından bəri COVİD-19 testlərinin ümumi sayı 5 694 341 təşkil edir.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026