16:32 - 14.12.2021
14 dekabr, Fineko/abc.az. Alkoqollu içkilərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə AZS 904-2021 “Araq və xüsusi araqlar. Ümumi texniki şərtlər.” dövlət standartı qəbul olunub.
ABC.AZ-ın məlumatına görə, tünd alkoqollu içkilər sahəsi üzrə keyfiyyət tələblərini müəyyən edən standart beynəlxalq normalar və qaydalara, elm və texnologiyanın müasir nailiyyətlərinə əsaslanaraq hazırlanıb.
Standart layihəsi “Üzümçülük və şərabçılıq məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026