Azərbaycanda COVİD-19 ilə bağlı 518 yoluxma halı aşkarlanıb

16:55 - 13.12.2021


13 dekabr, Fineko/abc.az. Sutka ərzində Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 518 yeni hal aşkar edilib (COVİD-19), 871 nəfər müalicə olunub, koronavirus diaqnozu ilə 16 nəfər dünyasını dəyişib.

Nazirlər Kabineti yanında operativ qərargahının məlumatında deyilir ki, bu günə qədər Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının sayı 604 998 təşkil edib, onlardan 577 135 nəfəri müalicə olunub, 8 104 nəfəri dünyasını dəyişib, aktiv xəstələrin sayı 19 759 – dur.

Gün ərzində 5 510, indiyə qədər isə ümumilikdə  5 683 256 koronavirus testi keçirilib.