14:55 - 13.12.2021
13 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi bu ilin yanvar-noyabr aylarında ölkədəki ÜDM ilə bağlı statistik rəqəmləri açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə Azərbaycan iqtisadiyyatda böyümə olub.
On bir ayda əhalinin hər nəfərinə düşən ÜDM 8 055,3 manata bərabər olub.
Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyinin real ÜDM üzrə proqnozlarına görə isə, neftin bir barelinin ortaillik qiyməti 50 ABŞ dolları götürülməklə hazırlanmış makroiqtisadi proqnoz göstəricilərinə əsasən, cari ildə Azərbaycanda real ÜDM 5,1% artacaq.
2022-ci il üçün isə ÜDM-in real artımının 3,9% olacağı proqnozlaşdırılır.