11:43 - 10.12.2021
10 dekabr, Fineko/abc.az. 2021-ci ilin 11 ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 961,8 milyon manat vergi daxil olub, proqnoza 21 % əməl edilib.
Bu isə ötən dövr ilə müqayisədə 15,7 % və ya təqribən 1,1 milyard manat artıb.
ABC.AZ xəbər verir ki, cari ilin 11 ayında qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 870,1 milyon manat olub, proqnoza 14,8 % əməl edilib.
Dövlət büdcəsinə proqnozdan əlavə 756,1 milyon manat daxil olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5 % və ya 697,3 milyon manat artıb.
Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,6 % artaraq 4 milyard 439,5 milyon manat təşkil edib. Regionlar üzrə daxilolmalar 866,6 milyon manat olmaqla, proqnoz 14,3% icra edilib, ötən illə müqayisədə 9,3 % artıb.
Ödənilən vergilərin 73,7 %-i qeyri-neft-qaz sektorunun, 26,3 %-i neft-qaz sektorunun payına düşüb.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026