17:00 - 9.12.2021
9 dekabr, Fineko/abc.az. Bir sutka ərzində Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 1315 yeni hadisə aşkarlanıb (COVİD-19), 1850 nəfər müalicə olunub, 19 nəfər koronavirus diaqnozu ilə vəfat edib.
Nazirlər Kabineti yanında əməliyyat Qərargahının məlumatında deyilir ki, bu günə qədər Azərbaycanda 601028 yoluxma halı aşkar edilib, onlardan 571088 nəfər müalicə olunub, 8038 nəfər dünyasını dəyişib, Aktiv xəstələrin sayı 21 902-dir.
Bir gün ərzində COVİD-19 infeksiyasının yeni hallarının aşkarlanması üçün 11799 test, ötən müddət ərzində 5 644 853 test keçirilib.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026