14:45 - 7.12.2021
7 dekabr, Fineko/abc.az. Sumqayıt Kimya Sənaye Parkında yaradılan sulfat turşusu istehsalı və şüşə tara məhsullarının istehsalı müəssisələrində layihələndirmə işləri tamamlanıb.
İqtisadiyyat Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, hazırda tikinti-quraşdırma işləri aparılır. İstehsal prosesində istifadə ediləcək avadanlıqların idxalına başlanılıb və bu istiqamətdə işlər davam etdirilir.
Şüşə tara məhsullarının istehsalı müəssisəsinin investisiya dəyəri 12 mln. ABŞ dollarıdır, bunun artıq 7 mln. dollarlıq hissəsi layihənin reallaşdırılmasına yatırılıb və tikinti-quraşdırma işlərinin 75%-i yerinə yetirilib.
Sulfat turşusu istehsalı müəssisəsinin investisiya dəyəri isə 6 mln. dollardır, layihə üzrə indiyədək görülən işlərə artıq 2,9 mln. dollar sərmayə qoyulub və işlərin 60%-i tamamlanıb.
Müəssisələrdə ümumilikdə 200-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.