14:20 - 26.11.2021
26 noyabr, Fineko/abc.az. Mərkəzi Bankın oktyabr ayının sonuna olan hesabatına görə, Azərbaycanda fiziki şəxslərin banklarda 8 milyard 887 milyon 433 min manat əmanəti var.
ABC.AZ-ın məlumatına görə, qoyulan əmanətlər üzrə Bakı iqtisadi rayonu - 7 milyard 874 milyon 475 manatla siyahıya liderlik edir.
Abşeron-Xızı, Gəncə-Daşkəsən, Quba-Xaçmaz iqtisadi rayonlarının sakinləri də əmanət portfelində xüsus paya malikdirlər. Regionlar üzrə cəlb olunmuş əmanətlər üzrə Mil Muğan iqtisadi rayonu 28 milyon 158 min manatla sonuncu yeri tutur. Müəllif: Elmir Murad
18 Avqust 2026