Son sutkada neçə peyvənd vurulub?

17:19 - 16.11.2021


16 noyabr, Fineko/abc.az Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 39 287 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a daxil olan məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 625, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 23 670 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 10 132 050, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 028 482, ikinci mərhələ üzrə 4 490 360, “Buster” doza üzrə isə 613 208 nəfər təşkil edir.