12:29 - 16.11.2021
16 noyabr, Fineko/abc.az Sosial-iqtisadi baxımdan kifayət qədər ağır keçən 2020-ci ildən sonra 2021-ci ildə koronavirus (COVİD-19) pandemiyasının sarsıntılarını qismən geridə qoyan ölkəmiz hazırda inamlı artım templəri nümayiş etdirir.
ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında maliyyə naziri Samir Şərifov bildirib. Nazir qeyd edib ki, bu ilin sonuna kimi ölkənin pandemiyadan əvvəlki Ümumi Daxili Məhsulu tam bərpa olunacaq. S.Şərifov hesab edir ki, bu isə 2022-ci ildə iqtisadi inkişafın, əhəmiyyətli maliyyə imkanlarının yaranacağı qənaətini möhkəmləndirir.
"Bu ilin 9 ayında ölkənin ÜDM-i ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 %, qeyri-nefti sektoru isə 6,2 % artıb. Xarici ticarət dövriyyəmizin dəyəri isə illik müqayisədə 30 %-ə qədər artaraq 20,1 milyard ABŞ dollarına çatıb. Nəticədə xarici ticarətdə 5,1 milyard dollarlıq müsbət saldo əldə edilib” deyə nazir qeyd edib.
18 Avqust 2026