Nazir ölkədəki bahalaşmaya aydınlıq gətirdi - Səbəblər

15:27 - 11.11.2021


11 noyabr, Fineko/abc.az    Dünyada qiymətlərin dəyişib-dəyişməyəcəyinə heç kim zəmanət verə bilməz.

ABC.AZ-ın Report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında Azərbaycanda elektrik enerjisinin, təbii qaz tariflərinin, bəzi məhsulların bahalaşmasından danışarkən bildirib.

“Bilirsiniz ki, Azərbaycana bəzi məhsullar xaricdən gətirilir. Bunların qiymətinə Azərbaycan hökuməti hansısa formada təsir edə bilirmi? Xeyr! Azərbaycana kommunal sahəyə aid olan idxal məhsulları var. Bu isə istər-istəməz maya dəyərinin formalaşmasına təsir edir. Maya dəyəri bahalaşırsa, məhsulu satan şirkət də bunu satdığı məhsulun qiymətində əks etdirir”,- S.Şərifov əlavə edib.