14:36 - 10.11.2021
10 noyabr, Fineko/abc.az .Türkiyədə insansız hərbi texnikalar istehsalı sürətlə davam etdirilir.
ABC.AZ-ın məlumatına görə, "Bayraktar TB2"lərdən sonra Türkiyə hökuməti və şirkətlər indi də insansız özüyeriyən ağır artileriya maşınları istehsal etməyə başlayıb.
Bunlardan biri də "Kölgə süvari" adlandırdıqları ağır texnikalardır. Hazırda hökumət sözügedən maşınların istehsalı ilə yanaşı onun ixracını da planlaşdırır. Bu isə büdcəyə yeni maliyyə vəsaitlərinin daxil olması deməkdir. Ekspertlər hesab edir ki, ixracdan büdcəyə milyonlarla dollar vəsait gələcək.
Müəllif: Elmir Murad
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026