16:53 - 27.10.2021
27 oktyabr, Fineko/abc.az. Azərbaycanda son sutkada koronavirus əleyhinə 44 716 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 320, ikinci mərhələ üzrə 12 396 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 9 469 618, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 119 077, ikinci mərhələ üzrə isə 4 350 541 nəfər təşkil edir.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026