15:48 - 26.10.2021
26 oktyabr, Fineko/abc.az. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 233 vaksin vurulub.
Operativ Qərərgahdan ABC.AZ-a daxil olan məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 348, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 885 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 424 902, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 086 757, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 338 145 təşkil edir.