16:55 - 19.10.2021
19 oktyabr, Fineko/abc.az. Azərbaycanda son sutkada koronavirus əleyhinə 31 060 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 604, ikinci mərhələ üzrə 18 456 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 9 226 083, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 976 945, ikinci mərhələ üzrə isə 4 249 138 nəfər təşkil edir.
5 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026