16:49 - 12.10.2021
12 oktyabr, Fineko/abc.az. "Azərbaycana ümumilikdə 318 min doza "Pfizer" vaksini gətirilib".
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
Nazir müavini bildirib ki, ilk olaraq ölkəyə 218 min doza “Pfizer” vaksini gətirilmişdi, sonradan 100 min doza da gətirilib: ""Pfizer" vaksininin yenə gətirilməsi nəzərdə tutulur. Bundan başqa, Azərbaycana ümumilikdə 12 milyon doza "SinoVac", 200 min doza "Sputnik V" vaksini gətirilib. Təxminən 82 min doza "AstraZeneca" peyvəndi də əlavə olaraq gətirilib".
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026