Valyuta hərracında banklar 73,3 milyon dollar əldə etdilər

12:42 - 5.10.2021


5 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, oktyabrın 5-də valyuta hərracında banklara $73,3 mln satılıb ki, bu da ötən hərracla müqayisədə $6,3 mln və ya 9,4% çoxdur.

"Valyuta hərracında banklar tərəfindən tələb $73,3 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.