17:15 - 1.10.2021
1 oktyabr, Fineko/abc.az. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 689 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, 1816 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.