Azərbaycanda manatla olan pul bazası artıb

14:13 - 1.10.2021


1 oktyabr, Fineko/abc.az. Ötən ay Azərbaycanda manatla pul bazası 2,3% artaraq sentyabrın 30-na 14 499 mlrd. manat təşkil edib.

ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, ilin əvvəlindən pul bazasının həcmi 6,9%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 18,5% artıb.

Qeyd edək ki, pul bazasının hazırkı səviyyəsi tarixi maksimum sayılır.