Gürcüstanda 12 yaşlı uşaqlar da peyvəndlənəcək

17:26 - 29.09.2021


29 sentyabr, Fineko/abc.az. Gürcüstanda yaxın günlərdə 12 yaşdan yuxarı uşaqların koronavirusa qarşı peyvənd olunmasına başlanılır.

ABC.AZ  xəbər verir ki, ölkənin iki seçimi var. Birincisi, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə uyğun olaraq 12 yaşdan yuxarı uşaqlar risk qrupuna aiddirsə, onları peyvənd etmək, ikincisi isə, sağlamlıq vəziyyətindən asılı olmayaraq 12 yaşdan yuxarı bütün uşaqları peyvəndləməkdir.