14:55 - 27.09.2021
27 sentyabr, Fineko/abc.az. Azərbaycanda koronavirus infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.
ABC.AZ-ın məlumatına görə, Azərbaycanda virusa yoluxanların 54,3%-i Bakının payına düşür. Belə ki, yoluxma göstəricisi Abşeronda 13,3%, Aranda 12,1%, Gəncə-Qazaxda 7%, Şəki-Zaqatalada 3,6%, Quba-Xaçmazda 2,9%, Lənkəranda 2,5%, Dağlıq Şirvanda 2,3%, Yuxarı Qarabağda 1,5%, Naxçıvan Muxtar Respublikasında 0,7%-dir.
Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,4% təşkil edir.
Müəllif: Elmir Murad