12:24 - 13.09.2021
13 sentyabr, Fineko/abc.az. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.
ABC.AZ xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Cavanşir oğlu Qurbanova verilib.
O, hazırda Agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifələrini icra edir.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026