“Əks göstəriş sertifikat”ı belə almaq olacaq

11:19 - 2.09.2021


2 sentyabr, Fineko/abc.az. Səhiyyə Nazirliyi “Əks göstəriş sertifikat”ına müsbət cavab alan vətəndaşların sertifikatı necə əldə etməsi məsələsinə aydınlıq gətirib.

Nazirlikdən bildirilib ki, "Əks göstəriş sertifikatı" ilə bağlı müraciətdən sonra müsbət cavab alan vətəndaşlar https://kabinet.its.gov.az/ saytında təklif olunan 4 üsuldan biri vasitəsi ilə qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçdikdən sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pəncərəsi seçilməlidir.

Daha sonra sağ tərəfdə yerləşən digər xidmətlər pəncərəsinə daxil olaraq “Əks göstəriş sertifikatı” bölməsini seçərək, qeyd olunan sertifikatı telefona elektron formada yükləyə, eyni zamanda “Screenshot” edib fotosunu telefonun yaddaşında saxlaya bilərlər.