ABŞ 3 vaksinin effektivliyi barədə araşdırma aparıb - Nəticələr

10:24 - 1.09.2021


1 sentyabr, Fineko/abc.az. ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzi (CDC) vaksinlərin effektivliyi ilə bağlı araşdırmalarının nəticələrini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, vaksinlərin koronavirusa qarşı təsiri ən az 39 faiz, ən çox isə 84 faiz olub.

Vaksin vurduran şəxslərin 74-95 faizə qədəri xəstəxanaya qaldırılmayıb. Araşdırmalar Pfizer, Moderna və Johnson & Johnson vaksinləri ilə aparılıb.

Vaksinlərin həqiqətən effektiv olduğu bildirilir. Qeyd edək ki, ABŞ sentyabrın ayının sonundan etibarən üçüncü dozanın tətbiqinə başlayır.

Müəllif: Elmir Murad