Kriptovalyuta bazarının kapitallaşması yenə 2 trilyon dolları keçib

12:35 - 16.08.2021


16 avgust, Fineko/abc.az. Qlobal kriptovalyuta bazarının kapitallaşması bu ilin mayından ilk dəfə olaraq 2 trilyon ABŞ dollarını keçib.

Xarici mətbuat  xəbər verir ki, son sutkada kriptovalyutaların bazar dəyəri 2,52 % artıb.

Məlumata görə, kriptovalyuta bazarının kapitallaşması “Bitkoin”in dəyərinin artması fonunda gedir. Onun qiyməti son sutkada 2,1 % artaraq 47 292 ABŞ dollarına çatıb.

Əsas kriptovalyuta 892 milyard ABŞ dollarlıq kapitallaşma ilə bazarın 43,8 %-nə sahibdir. Bu, hələ də bu ilin aprelində qeydə alınan 1,2 trilyon ABŞ dollarlıq tarixi maksimumdan xeyli aşağıdır.

© Report.az