11:38 - 13.08.2021
13 avgust, Fineko/abc.az. Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən verilən məlumata görə, son sutkada koronavirusa 5 359 yeni yoluxma faktı qeydə alınıb, 2 726 nəfər müalicə olunaraq sağalıb, 42 nəfər vəfat edib.
Xəbər verilir ki, bugünədək ölkədə COVID-19-a yoluxanların ümumi sayı 471 685, ölənlərin ümumi sayı isə 6 321 nəfərə çatıb.