10:38 - 10.08.2021
10 avqust, Fineko/abc.az. ABŞ-ın “Pfizer” şirkəti ilə birlikdə koronavirusa qarşı “Comirnaty” vaksinini hazırlamış Almaniyanın “BioNTech” şirkəti 2021-ci ildə preparat satışından 15,9 milyard avro qazanmağı planlaşdırır.
TASS agentliyinə istinadən xəbər verilir ki, bu barədə şirkətin maliyyə hesabatında deyilir.
İyulun 21-nə olan məlumata görə, “BioNTech”-“Pfizer” konsorsiumu 100-dən çox ölkə və əraziyə 1 milyard dozadan çox vaksin göndərib. Ümumilikdə, konsorsium ilin sonunadək 3 milyard doza, 2022-ci ildə isə 4 milyard doza vaksin tədarük etməyi planlaşdırır.
“BioNTech”-“Pfizer” konsorsiumunun hazırladığı preparat artıq Avropa Dərman Agentliyi, Avropa Komissiyası tərəfindən tövsiyə olunub.
Report.az
8 Avqust 2026
8 Avqust 2026