11:43 - 5.08.2021
5 avqust, Fineko/abc.az. Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən verilən məlumata görə, son sutkada koronavirusa 3 670 yeni yoluxma faktı qeydə alınıb, 38 nəfər vəfat edib.
Bugünədək ölkədə COVID-19-a yoluxanların ümumi sayı 436 573-ə, ölənlərin ümumi sayı isə 5 986-ya çatıb, aktiv xəstə sayı 37 108 nəfərdir.
Ötən 24 saat ərzində 2 626, ümumilikdə isə 393 453 nəfər müalicə olunaraq sağalıb.
4 Avqust 2026
4 Avqust 2026