Yoluxanların sayı açıqlandı - 1 ölən var

16:47 - 13.07.2021


13 iyul, Fineko/abc.az. Azərbaycanda sutka ərzində 133 yeni yoluxma hadisəsi aşkarlanıb. Ötən gün isə 69 yoluxma haqıqnda bildirilmişdir.

Nazirlər Kabineti yanında operativ qərargahının məlumatında deyilir ki, bu günə qədər Azərbaycanda koronavirus infeksiyasına 337456 yoluxma halı aşkarlanıb.

Bir gün ərzində 71 nəfər müalicə olunaraq evə buraxılmışdır. Koronavirus infeksiyasından sağalanların ümumi sayı 330873 nəfər təşkil edir.

Sutka ərzində Azərbaycanda koronavirusdan 1 nəfər vəfat edib, COVİD-19-dan ölənlərin ümumi sayı isə 4988 nəfər təşkil edib.

Koronavirus infeksiyasının yeni hallarının aşkarlanması üçün gün ərzində 9365 test keçirilib, pandemiya başlandığı dövrdən isə cəmi 3 867 916 test edilmişdir.