17:34 - 9.07.2021
9 iyul, Fineko/abc.az. Koronavirusa qarşı “Comirnaty” vaksininin müəllifi olan Almaniyanın “BioNTech” və ABŞ-ın “Pfizer” şirkətləri indi də onun “Delta” variantına qarşı səmərəli olan yeni versiyasını hazırlayıblar.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə “BioNTech”in açıqlamasında bildirilir.
Yeni vaksinin ilk sınaq partiyasının şirkətin Maynz şəhərindəki zavodunda istehsal edildiyi deyilib.