Yoluxanlar artdı - 2 nəfər öldü

16:40 - 9.07.2021


9 iyul, Fineko/abc.az. Azərbaycanda sutka ərzində 174 yeni yoluxma hadisəsi aşkarlanıb. Ötən gün isə 104 yoluxma haqıqnda bildirilmişdir.

Nazirlər Kabineti yanında operativ qərargahının məlumatında deyilir ki, bu günə qədər Azərbaycanda koronavirus infeksiyasına 336962 yoluxma halı aşkarlanıb.

24 saat ərzində 62 nəfər müalicə olunaraq evə buraxılmışdır. Koronavirus infeksiyasından sağalanların ümumi sayı 330668 nəfər təşkil edir.

Sutka ərzində koronavirus diaqnozu ilə 2 nəfər həyatını itirib. Azərbaycanda COVİD-19 qurbanlarının ümumi sayı isə 4982 nəfər təşkil edib.

Koronavirus infeksiyasının yeni hallarının aşkarlanması üçün gün ərzində 9947 test keçirilib, pandemiya başlandığı dövrdən isə cəmi 3831673 test edilmişdir.