12:18 - 5.07.2021
5 iyul, Fineko/abc.az. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Seyşel Adaları Respublikası və Bəhreyn əhalisini yeni koronavirus infeksiyasına qarşı peyvəndləyən ölkələr sırasında liderdirlər.
ABC.AZ xarici mətbuata istiadəm xəbər verir ki, bu rəsmi məlumatlara və bəyanatlara əsaslanaraq həyata keçirilən hesablamalarda öz əksini tapıb.
Hesablamalara əsasən, 4 iyula qədər BƏƏ-də 15,5 milyon peyvənd vurulub.
Bu, ölkə əhalisinin (təqribən 10 milyon nəfər) 72,3 %-ni infeksiyadan qorumaq üçün kifayət edir.
Seyşel adalarında təqribən 138 min vaksin vurulub və bunun əhalinin 71,7 %-ni əhatə etdiyi güman edilir.
Təqribən 1,5 milyon əhaliyə sahib Bəhreyndə isə 2,7 milyon peyvənd vurulub.
Bu isə əhalinin 69,7%-ni virusdan mühafizə etməyə kifayət edir.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026